Bakı. Trend:
Bu ilin yanvar ayında Azərbaycanda fəaliyyət göstərən sığortaşirkətləri tərəfindən 47,6 milyon manat sığorta ödənişi edilib.
Trend-in Azərbaycan Mərkəzi Bankından əldə etdiyi məlumata görə,bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 22,8% və ya 8,8milyon manat çoxdur. Belə ki, ötən ilin yanvarında Azərbaycandafəaliyyət göstərən sığorta şirkətləri tərəfindən 38,8 milyon manatsığorta ödənişi edilib.
Bəhs olunan dövrdə ən çox sığorta ödənişi edən şirkət “PaşaHəyat Sığorta” ASC (25,6 milyon manat) olub. İkinci yerdə 8,8milyon manat ödənişlə “Paşa Sığorta” ASC, üçüncü yerdə 3,7 milyonmanat sığorta ödənişi ilə “Atəşgah Həyat” ASC qərarlaşıb.
Ötən ay sığorta ödənişlərinə görə şirkətlərin renkinqi iləaşağıdan tanış ola bilərsiniz:
Şirkət | Məbləğ (min manat) |
"Paşa Həyat Sığorta" Açıq Səhmdar Cəmiyyəti | 25 572 |
"Paşa Sığorta Açıq" Səhmdar Cəmiyyəti | 8 777 |
"Atəşgah Həyat Sığorta Şirkəti" Açıq Səhmdar Cəmiyyəti | 3 712 |
"Atəşgah Sığorta Şirkəti" Açıq Səhmdar Cəmiyyəti | 2 768 |
"Qala Sığorta Açıq" Səhmdar Cəmiyyəti | 1 869 |
Meqa Sığorta Açıq Səhmdar Cəmiyyəti | 1174 |
"Azərbaycan Sənaye Sığorta" Açıq Səhmdar Cəmiyyəti | 973 |
"Aqrar Sığorta" Açıq Səhmdar Cəmiyyəti | 907 |
"Xalq Sığorta" Açıq Səhmdar Cəmiyyəti | 605 |
"A-Qroup Sığorta Şirkəti" Açıq Səhmdar Cəmiyyəti | 568 |
"AtaSığorta" Açıq Səhmdar Cəmiyyəti | 359 |
"AzSığorta" Açıq Səhmdar Cəmiyyəti | 159 |
"Qala Həyat Sığorta" Şirkəti Açıq Səhmdar Cəmiyyəti | 116 |
"Xalq Həyat Sığorta" Şirkəti Açıq Səhmdar Cəmiyyəti | 40 |
"Meqa Həyat Sığorta" Açıq Səhmdar Cəmiyyəti | 22 |
"İpək Yolu Sığorta" ASC | 2 |