RU

İntihara cəhd edən gənc şairin vəziyyəti açıqlandı

Fevralın 22-də intihara cəhd edən gənc şair Həsən Kürün vəziyyəti ağırdır...

Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.

"Fevralın 22-də saat 19:00-da 1996-cı il təvəllüdlü (kişi cinsli) şəxs müştərək travma diaqnozu ilə Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub.

Qapalı kəllə-beyin travması, sol bud sümüyünün qapalı sınığı, kəllə sümüyünün sınığı diaqnozu ilə ona zəruri tibbi yardımlar göstərilib və Cərrahi profilli reanimasiya şöbəsinə yerləşdirilib.

Hazırda pasiyentin müalicəsi müvafiq şöbədə davam etdirilir və vəziyyəti ağır qiymətləndirilir", - deyə məlumatda qeyd olunub.

Xatırladaq ki, gənc şair Sabunçu rayonunda yerləşən "Sevinc Mall" ticarət mərkəzinin 3-cü mərtəbəsindən özünü ataraq intihara cəhd edib. İlkin məlumata görə, Həsən Kür maddi problemlərə görə özünü öldürmək istəyib.

Poliqon.info

Избранный
19
37
poliqon.info

10Источники