RU

ADY-də YENİ TƏYİNAT

Bakı. Trend:

“Azərbaycan Dəmir Yolları” QSC-də (ADY) yeni təyinat həyatakeçirilib.

Trend xəbərverir ki, ADY-nin yeni yaradılmış Marketinq və tarif siyasətidepartamentinin müdiri vəzifəsinə Heydər Cəfərli təyin olunub.

Qeyd edilir ki, Heydər Cəfərli 1986-cı ildə anadan olub.2003-2007-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində“Beynəlxalq iqtisadi münasibətlər” ixtisası üzrə bakalavrpilləsində təhsil alıb. 2009-2011-ci illərdə PotsdamUniversitetində “İqtisadiyyat və biznes”, 2011-2013-cü illərdəAzərbaycan Dövlət İqtisad Universitetində “Beynəlxalq iqtisadimünasibətlər”, 2016-2018-ci illərdə isə Drezden TexnikiUniversitetində “Layihə idarə edilməsi” ixtisasları üzrəmagistratura pilləsində təhsil alıb.

Peşəkar fəaliyyəti dövründə Dövlət Məşğulluq Xidməti (indikiDövlət Məşğulluq Agentliyi) və “Aqro-Azərinvest” MMC-də rəhbərvəzifələrdə çalışıb. 2018-ci ildən ADY-nin müxtəlif strukturbölmələrində rəhbər vəzifələrdə işləyən Heydər Cəfərli 2023-cü ilinavqustundan Kommersiya departamentinin müdir müavini olub və müdirivəzifəsini icra edib.

Избранный
2
44
az.trend.az

10Источники