RU

ADY-nin qarlı-şaxtalı hava şəraitində daşıdığı sərnişin sayı məlum olub

Bakı. Trend:

"Azərbaycan Dəmir Yolları" QSC qarlı-şaxtalı hava şəraitində 60minə yaxın sərnişini rahat və təhlükəsiz mənzil başınaçatdırıb.

Bu barədə Trend-ə ADY-dən bildirilib.

Belə ki, 21, 22, 23 fevral tarixlərində:

- 43 600 sərnişin Abşeron dairəvi,
- 3604 sərnişin Bakı–Ağstafa–Bakı,
- 787 sərnişin Bakı–Balakən–Bakı,
- 729 sərnişin Bakı–Qəbələ–Bakı marşrutu üzrə səfər edib.

Həmçinin 24 fevral reysləri (Abşeron dairəvi, Balakən-Bakı,Bakı-Ağstafa-Bakı) ilə 11 037 sərnişin daşınıb.

Избранный
50
8
az.trend.az

9Источники