RU

Ombudsman 2024-cü il üzrə məruzəsi təqdim edib

Bakı. Trend:

“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili(ombudsman) haqqında” Azərbaycan Respublikası KonstitusiyaQanununun 14-cü maddəsinə uyğun olaraq, Ombudsmanın ölkədə insanhüquqlarının qorunması haqqında 2024-cü il üzrə məruzəsihazırlanıb.

Trend xəbərverir ki, il bitdikdən sonra iki aydan gec olmayaraq Ombudsmanillik məruzəni Azərbaycan Respublikasının Prezidentinə təqdim edirvə həmin məruzə ilə Milli Məclis qarşısında çıxış edir. İllikməruzə, eyni zamanda, Nazirlər Kabinetinə, KonstitusiyaMəhkəməsinə, Ali Məhkəməyə və Baş prokurora göndərilir.

Ombudsmanın ötən il üzrə məruzəsi Konstitusiya Qanunu iləmüəyyən edilmiş qaydada 2025-ci ilin 24 fevral tarixində AzərbaycanRespublikasının Prezidentinə təqdim edilib və müvafiq dövlətqurumlarına göndərilib.

2024-cü il üzrə məruzədə İnsan Hüquqları üzrə MüvəkkilinAzərbaycan Respublikasının Konstitusiyasında və ölkəmizin tərəfdarçıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş, dövlət və yerliözünüidarə orqanları, vəzifəli şəxsləri tərəfindən pozulan insanhüquqları və azadlıqlarının bərpa edilməsi, insan hüquqlarıpozuntularının qarşısının alınması sahəsində fəaliyyəti, hüquqimaarifləndirmə və elmi-analitik işin nəticələri, ictimaiyyətlə vəvətəndaş cəmiyyəti institutları ilə əməkdaşlığı, beynəlxalqəlaqələri, həmçinin insan və vətəndaş hüquq və azadlıqlarının dahasəmərəli təmin edilməsinə yönəlmiş təklif və tövsiyələri öz əksinitapıb.

Məruzə Azərbaycan Respublikasının Milli Məclisindədinlənildikdən sonra geniş ictimaiyyətin tanış olması üçün mətbuatorqanlarında dərc ediləcəkdir.

Məqalədə:
Избранный
35
22
az.trend.az

10Источники