RU

18-20 yaşlı gənclər evdə qalsın, şagirdlər məktəbə getsin...

Qarlı və şaxtalı havada orta məktəblərdə dərslərin distant olacağı deyilsə də, bu, baş vermədi. Əksinə, universitetlərdə müvəqqəti olaraq dərslər distant rejimə keçirildi. Orta məktəblərdə analoji qərar verilmədi. Bu, ciddi narazılıq yaratdı, tənqid edildi.

Publika.az Globalinfo.az-a istinadla xəbər verir ki, yaşı 18-dən yuxarı olan tələbələrə güzəşt olunduğu halda, soyuq havada 8-10 yaşlı şagirdlərə dərslərə gəlmək tələbi qoyulur.

Ekspertlər bildirirlər ki, yolların buz bağladığı, havanın şaxtalı olduğu zamanda dərsə getməyin heç bir təhsil yönümlü əsası yoxdur. Əgər ali təhsil müəssisələri onlayn qaydada işləyə bilirsə, bunu məktəblər üçün də tətbiq etmək mümkündür.

Qeyd edək ki, etirazlara baxmayaraq, Elm və Təhsil Nazirliyi fevralın 24-də ümumi və məktəbəqədər təhsil müəssisələrində təlim-tədris prosesinin ənənəvi qaydada davam etdiriləcəyini açıqlayıb.

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin sektor müdiri Pərviz Əliyev isə deyib ki, bu məsələ universitetlərin daxili qaydaları ilə nizamlanır:

Избранный
23
5
publika.az

6Источники