RU

“Qarabağ” rekordunu təkrarladı

“Qarabağ” Azərbaycan Premyer Liqasının 2024/25 mövsümündə 60-cı qolu vurub.

Publika.az xəbər verir ki, Qurban Qurbanovun yetirmələri buna 24-cü turun “Sabah”la görüşündə (1:1) nail olub. 60-cı topa Abdullah Zubir imza atıb.

Peşəkar Futbol Liqasının məlumatına görə, bununla da “Qarabağ” tarixinin rekordunu təkrarlayıb. Ağdam klubu 2003/04, 2021/22 və 2023/24 mövsümlərində də “60”a 24-cü oyununda çatıb. Ötən mövsümdə bu rəqəm hətta 61-ə yüksəlib.

Azərbaycan çempionatları tarixinin rekordu isə “Kəpəz”ə məxsusdur. Gəncə klubu 1995/96 mövsümündə 60-cı qolunu 17-ci matçda vurub.

Избранный
58
26
publika.az

10Источники