Bakı, 24 fevral, AZƏRTAC
Böyük Britaniyada 80-dən çox insan arıqlamaq üçün istifadə etdiyi dərmanlardan sonra ölüb.
AZƏRTAC xəbər verir ki, həmin preparatlar arasında Danimarkanın “Novo Nordisk” şirkətinin istehsal etdiyi Ozempic və ABŞ-ın “Eli Lilly” əczaçılıq şirkəti tərəfindən istehsal olunan Mounjaro dərmanları var. Bu preparatlardan istifadə etmiş təxminən 400 nəfər xəstəxanaya yerləşdirilib.
Ozempic (semaqlutid) diabet dərmanıdır və 2017-ci ilin dekabrında ABŞ-da FDA tərəfindən təsdiq edilib.
Harvard Universitetində aparılan bir araşdırma semaqlutid əsaslı dərmanların potensial olaraq görmə qabiliyyətinin itirilməsinə gətirib çıxardığını müəyyən edib.