RU

Neymar dünyanın ən yaxşı futbolçusunun adını açıqladı

"Santos"un vingeri Neymar tarixin ən yaxşı futbolçusunun adını açıqlayıb.

Publika.az xəbər verir ki, braziliyalı forvard seçimini "Barselona"da birgə çıxış etdiyi, hazırda "İnter Mayami"nin üzvü olan Lionel Messidən yana edib.

“Messi ilə oynamışam, mənim üçün o, bütün zamanların ən böyük futbolçusudur. Futbolda mənim kumirimdir. Messi ilə hər gün məşq zamanı ya onunla oynamağı, ya da sadəcə onun oyununu seyr etməyi öyrəndim. Bu, məni daha da gücləndirdi və meydanda bacarıqlarımı təkmilləşdirdi. Çünki ondan çox şey öyrənməyə davam etdim”.

Qeyd edək ki, Neymar və Messi 2013-2017-ci illərdə "Barselona"da komanda yoldaşı olublar.

Избранный
16
publika.az

1Источники