RU

Hakan Fidandan Ukrayna açıqlaması: Realist olmalıyıq

"ABŞ-nin əvvəlki, yəni Co Bayden administrasiyanın da Ukraynanın NATO-ya üzv olmasının tərəfdarı olub-olmamasından əmin deyiləm. Ona görə də bu məsələdə yeni siyasətin olduğunu düşünmürəm".

Azreform.info xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Trampın Ukraynanın NATO-ya daxil olması ilə bağlı ABŞ-nin yanaşmasını dəyişib-dəyişdirməyəcəyi ilə bağlı “Bloomberg”in sualını cavablandırarkın deyib. 

Hakan Fidan bildirib ki, Ukrayna bunu təkcə NATO-ya üzv olmaq üçün deyil, həm də öz ölkəsinin təhlükəsizliyini təmin etmək üçün tələb edir.

Türkiyənin Ukraynanın mümkün NATO üzvlüyünə yanaşması ilə bağlı mövqeyini açıqlayan Fidan deyib: "Onların NATO üzvü olmaq istəkləri ilə bağlı heç nə demirik, amma çox realist olmalıyıq. Bu, prezidentimiz Rəcəb Tayyib Ərdoğanın da açıqladığı rəsmi mövqeyimizdir".
 

Избранный
13
2
azreform.info

3Источники