RU

“Zirə” - “Kəpəz” oyununun başlama saatı yenidən dəyişdirilib

Hava şəraitinə görə bu günə təxirə salınmış Misli Premyer Liqasının XXIV turunun “Zirə” - “Kəpəz” matçının başlama saatı yenidən dəyişdirilib.

Bu barədə Peşəkar Futbol Liqasının rəsmi saytı məlumat yayıb.

Zirə İdman Kompleksinin stadionunun ot örtüyünün qardan tam təmizlənməsi məqsədilə qarşılaşmanın saat 18:00-da start götürməsi qərara alınıb.

Qeyd edək ki, görüş saat 16:00-da başlamalı idi. Ötən gün gerçəkləşməli olan matç hava şəraitinə görə təxirə salınmışdı.

Избранный
81
12
cbcsport.az

10Источники