Şəmkirdə yanğın hadisəsi olub.
Leqal.info xəbər verir ki, hadisə rayonun Sarıtəpə kəndində yerləşən fərdi yaşayış evlərinin birində baş verib.
Belə ki, kənd sakinə məxsus 3 otaqlı evdə anidən yanğın olub. Dərhal hadisə yerinə FHN Dövlət Yanğından mühafizə xidmətinin Şəmkir rayon Dövlət Yanğından mühafizə hissəsinin yanğınsöndürən avtomobilləri və canlı qüvvəsi cəlb olunub. Yanğın zamanı 3 otaqlı evin yanar konstruksiyaları əşyaları ilə birlikdə yanıb. Evin qalan hissəsi yanğın söndürənlər tərəfindən mühafizə olunub.
Hadisənin baş vermə səbəbləri araşdırılır.
Leqal.info
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта