Məşhur türkiyəli müğənni Yılmaz Morgül xəstəxanaya yerləşdirilib.
Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 61 yaşlı müğənni bu haqda sosial media hesabında paylaşım edib.
"Mersində xəstəxanadayam. Yaxşı olacağam", - deyə ifaçı qeyd edib.
Məlumata görə, Mersində səhnəyə çıxan Yılmaz Morgülün daha sonra halı pisləşib.