RU

BMT Baş Assambleyası Rusiya əleyhinə qətnamə qəbul edib

BMT

BMT Baş Assambleyası Ukrayna münaqişəsi ilə bağlı Rusiya əleyhinə qətnamə layihəsinə səs verib.

Reyting.az
TASS-a istinadla bildirir ki, Avropa ölkələri və Ukrayna tərəfindən hazırlanmış qətnamə layihəsinə 93 ölkə dəstək verib.

ABŞ, İsrail və Macarıstan da daxil olmaqla 18 dövlət layihənin əleyhinə olub, 65 ölkə isə bitərəf qalıb.

Sənədi təkcə Ukraynanın ənənəvi tərəfdarları - Avstriya, Belçika, Almaniya, İtaliya, Kanada, Fransa deyil, Bolqarıstan, Misir, Serbiya, Slovakiya və Türkiyə də dəstəkləyib. Bitərəf qalanlar arasında Ermənistan, Braziliya, Vyetnam, Hindistan, İran, Qazaxıstan, Qətər, Qırğızıstan, Kuba, BƏƏ, Pakistan, Səudiyyə Ərəbistanı, Suriya, Tacikistan və Özbəkistan da var.

Qeyd olunur ki, Rusiya əleyhinə qətnamə ənənəvi olaraq Ukraynada münaqişənin başlanmasının əsas səbəblərinə məhəl qoymur. Sənəddə yalnız Rusiyanın Ukraynadakı hərəkətləri pislənir.

E. KAMAL
Избранный
64
36
reyting.az

10Источники