RU

Təyyarəni tüstü bürüdü

ABŞ-ın Corciya ştatında “Delta Air Lines” şirkətinə məxsus təyyarənin salonu tüstü ilə dolduqdan sonra sərnişinlər təxliyə edilib. ABŞ Federal Aviasiya İdarəsi (FAA) “Delta Air Lines” şirkətinə məxsus “Boeing 717” sərnişin təyyarəsi Atlanta Hartsfild-Cekson Beynəlxalq Hava Limanından havaya qalxdıqdan az sonra salonda yaranan duman və ya tüstü səbəbiylə hava limanına geri dönüb.

“Delta Hava Yolları” və FAA-nın verdiyi açıqlamada, içərisində 94 sərnişin, 2 pilot və 3 stüardessa olan təyyarənin Cənubi Karolinaya gedərkən problem yaşadıqdan sonra Atlantaya qayıtdığı və təhlükəsiz eniş etdiyi bildirilib.

Bəzi sərnişinlər tərəfindən sosial mediada paylaşılan videolarda sərnişinlərin salondakı tüstüdən qorunmaq üçün paltarları ilə başlarını və üzlərini örtdükləri, yerə endikdən sonra slaydlar vasitəsilə təyyarəni tərk etdikləri görülüb.

Delta rəsmiləri problemə görə sərnişinlərdən üzr istəyib, FAA rəsmiləri isə problemin mənbəyi ilə bağlı araşdırma başlandığını bildirib.

 

ABŞ-da təyyarə qəzaları artır

 

FAA yanvarın 29-da Ronald Reyqan hava limanı yaxınlığında “American Airlines” sərnişin təyyarəsi ilə “Black Hawk” hərbi helikopterinin toqquşması nəticəsində 67 nəfərin öldüyünü açıqlayıb.

Fevralın 1-də Filadelfiyada bir ticarət mərkəzi yaxınlığında ambulansın qəzaya uğraması nəticəsində təyyarədə olan 6 nəfər həlak olub.

Fevralın 17-də Kanadanın Ontario əyalətində hava limanına enən zaman “Delta Air Lines”ə məxsus daha bir sərnişin təyyarəsi çevrilib, göyərtəsində olan 80 sərnişindən 18-i yaralanıb.

Избранный
81
1
vaxt.az

2Источники