Bakı.Trend:
Cənubi Koreyanın Çeonan şəhərində magistral yollardan birindətikilən körpünün bir hissəsi uçub.
Trend xəbər verirki, bu barədə xarici KİV-lər məlumat yayıb.
Məlumata görə, hadisə körpünün 50 metr uzunluqda olan poladkonstruksiyalarının kranla qaldırılması zamanı baş verib.
Hadisə nəticəsində azı 2 nəfərin həlak olduğu, dördü ağırvəziyyətdə olmaqla beş nəfərin yaralandığı bildirilir.
Hadisə yerinə cəlb olunan xilasedicilər dağıntılar altındaqaldığı güman edilən 3 inşaat işçsinin axtarışını həyatakeçirir.