Almaniyanın Saarbrüken şəhərinin Eşberq rayonunda iki sərnişin avtobusu toqquşub.
"Cebheinfo.az" yerli mediaya istinadla xəbər verir ki, Breslauer küçəsində baş verən qəzada 5-i ağır olmaqla 35 nəfərin yaralandığı bildirilib.
Hadisə yerinə dərhal xilasedicilər və təcili yardım qrupları göndərilib.
Qəzanın baş vermə səbəbi araşdırılır.