RU

Dövlət sirrini yaymaqda ittiham olunan hərbi ekspertin məhkəməsinin vaxtı açıqlandı

Dövlət sirri təşkil edən məlumatları yaymaqda təqsirləndirilən hərbi ekspert Ədalət Verdiyevin cinayət işi üzrə məhkəmənin hazırlıq iclasının vaxtı məlum olub.

Publika.az Teleqraf-a istinadən xəbər verir ki, iş üzrə məhkəmənin hazırlıq iclası martın 5-nə təyin olunub.

Cinayət işi baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilib. İş hakim Babək Pənahovun icraatındadır.

Qeyd edək ki, hərbi ekspertə qarşı irəli sürülmüş Cinayət Məcəlləsinin 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) ilə elan olunan ittiham xitam olunub.

Onun işi yalnız Cinayət Məcəlləsinin 284.1-ci maddəsi ilə (dövlət sirrini yayma) məhkəməyə göndərilib.

Ədalət Verdiyev ötən ilin noyabr ayında saxlanılıb.

Избранный
32
publika.az

1Источники