RU

"Barselona"nın gənc ulduzları ondan narazıdırlar: Yerinə 2 namizəd var

"Barselona"nın futbolçuları Pedri və Lamin Yamal komandadada yeni hücumçu görmək istəyirlər.

Publika.az xəbər verir ki, bu barədə "El Nacional" məlumat yayıb.

Mənbənin sözlərionə görə, Kataloniya klubunun gənc liderləri komandaya topla oynamaqda kömək edəcək və hücum qurarkən daha da dərinə enəcək mobil forvard transferini tələb edirlər. Hər iki oyunçu bu fikirlərini yaxın ətrafları ilə bölüşüblər. Onlar daha çox hərəkət və pressinq qabiliyyətinə malik hücumçunun komandanı hücumda daha gözlənilməz və təhlükəli edə biləcəyinə inanırlar.

"Barsa" rəhbərliyi sözügedən mövqeyə hazırda iki namizədi nəzərdən keçirir. Bunlar "Yuventus"dan serbiyalı hücumçu Duşan Vlahoviç və "Nyukasl"ın isveçli forvardı Aleksandr İsakdır.

Избранный
26
publika.az

1Источники