RU

İlham Əliyev Küveyt Əmirinə təbrik məktubu ünvanladı

Prezident İlham Əliyev Küveyt Dövlətinin Əmiri Əlahəzrət Şeyx Məşəl əl-Əhməd əl-Cabir əs-Sabaha Küveyt Dövlətinin milli bayramı münasibətilə təbrik məktubu ünvanlayıb.

Publika.az xəbər verir ki, məktubda deyilir:

"Əlahəzrət,

25 Fevral – Küveyt Dövlətinin milli bayramı münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik etməkdən və ən xoş arzularımı çatdırmaqdan məmnunluq duyuram.

Biz Azərbaycan-Küveyt dövlətlərarası əlaqələrinə xüsusi əhəmiyyət veririk. Xoş ənənələrə əsaslanan dostluq münasibətlərimizin və əməkdaşlığımızın inkişaf dinamikası bizi sevindirir. Siyasi əlaqələrimizin yüksək səviyyəsi bütün sahələrdə qarşılıqlı fəaliyyətimizin yeni məzmunla zənginləşməsində mühüm rol oynayır. Beynəlxalq təşkilatlar çərçivəsində sıx əməkdaşlığımızı ayrıca vurğulamaq istərdim.

Избранный
19
49
publika.az

10Источники