RU

Komitə sədri: "Şəhid və qazilərimizin mənzil məsələsi yaxın bir ildə öz həllini tapacaq"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Vətən müharibəsi əlilləri və qazilərin mənzil məsələsi də demək olar ki, həll olunmaq üzrədir".
Oxu.Az "Report"a istinadla xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev komitənin bugünkü iclasında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Çernobıl qəzasının ləğvində iştirak edən və zərər çəkən vətəndaşların bir qismi artıq mənzillərlə təmin olunub:
"Bundan sonrakı dövrdə də onların mənzil təminatının yaxşılaşdırılması istiqamətində işlər sürətlə davam edəcək. Çünki indiyədək həm məcburi köçkünlərin mənzil təminatına ciddi ehtiyac var idi. Dövlətin də əsas prioritet istiqamətlərindən biri onların yerləşdirilməsi və məskunlaşdırılması idi".
M.Quliyev bildirib ki, Qarabağ müharibəsi şəhidlərinin və qazilərinin mənzil məsələsi də yaxın bir ildə öz həllini tapacaq.
Избранный
122
50
oxu.az

10Источники