RU

Çernobıl əlillərinin mənzillə təminatı sürətləndirilir

Çernobıl əlillərinin imtiyazlı mənzillərlə təmin olunması üzrə iş gedir, onlar növbəyə alınıb.

Xezerxeber.az xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında komitə sədri Musa Quliyev deyib.

Onun sözlərinə görə, Çernobıl qəzasının ləğvində iştirak edən və zərər çəkən vətəndaşların bir qismi artıq mənzillərlə təmin olunub: "Onların mənzillə təmin olunması məsələsi sürətlə gedir. Çünki indiyədək məcburi köçkünlərin mənzil təminatına ciddi ehtiyac var idi. Dövlətin də əsas prioritet istiqamətlərindən biri onların yerləşdirilməsi və məskunlaşdırılması idi. Amma bundan sonra Çernobıl əlillərinin də sürətlə mənzillə təmin olunması üçün işlər həyata keçiriləcək”.

Musa Quliyev əlavə edib ki, Vətən müharibəsində iştirak edən qazilərin və şəhid ailələrinin də mənzil problemi artıq həll olunmaq üzrədir: "Verilən məlumata görə, yaxın 1 il ərzində onların mənzillə təmin olunması həyata keçiriləcək”.

Избранный
15
7
xezerxeber.az

10Источники