Türkiyəli müğənni Serdar Ortaç qanunsuz mərc oyunlarını reklam və təşviq etməkdə ittiham olunduğu iş üzrə İstanbulda məhkəmə qarşısına çıxıb.
Demokrat.az Milli.Az-a istinadla xəbər verir ki, İstanbul Respublika Prokurorluğunun apardığı istintaqın nəticəsində Ortaç "Qanunsuz mərc oyunlarının reklamı və təşviqi" maddəsi ilə mühakimə edilib.
Məhkəmə Serdar Ortaça 10 ay həbs və 400 TL pul cəzası verib. Lakin məhkəmə kollegiyası hökmün elanını təxirə salıb.