Finlandiya prezidenti Alexander Stubb bəyan edib ki, ABŞ-ın Rusiya-Ukrayna müharibəsini bitirmək üçün möhkəm strategiyası yoxdur.
Turkustan.az xəbər verir ki, prezident Stubb Finlandiyanın “İltalehti” qəzetinin əməkdaşı Lauri Nurminin suallarını cavablandırıb.
ABŞ-ın Rusiya-Ukrayna müharibəsini sona çatdırmaq üçün möhkəm strategiyası olmadığını qeyd edən Stubb, buna görə də Avropanın məsuliyyəti öz üzərinə götürməli olduğunu müdafiə edib.
ABŞ prezidenti Donald Trampın Ukrayna prezidenti Vladimir Zelenskini “seçkilər keçirməyən diktator” kimi xarakterizə etməsinə qarşı çıxan Stubb daha əvvəl Zelenskini dəstəklədiyini bildirmiş və müharibəni bitirmək üçün danışıqlarda Rusiyaya maksimum təzyiq göstərilməli olduğunu qeyd etmişdi.
Finlandiya iddia edir ki, Ukraynanın suverenliyi qorunmalıdır və onun NATO və Avropa İttifaqına (Aİ) daxil olmaq hüququ olmalıdır.
Aytən Yaşar/ Turkustan.az