RU

Daha bir ölkə qərarını dəyişir: Ukraynaya pis xəbər

"Xristian Demokrat İttifaqının lideri Fridrix Mertz tarixi yaxşı bildiyi üçün atəşkəs əldə edildikdən sonra Ukraynaya qoşun göndərməyəcək".

Olaylar.az xəbər verir ki, bu fikirləri Almaniyanın Konstitusiya və Suverenlik Şurasının rəhbəri Ralf Nimeyer deyib.

"Yeni kansler kifayət qədər ehtiyatlıdır və tarixi yaxşı bilir. Buna görə də Almaniyanın Ukraynaya qoşun yeritməməli olduğunu başa düşür", - Nimeyer qeyd edib.

Qeyd edək ki, F.Mertz bir müddət əvvəl Avropa qoşunlarının Ukraynaya göndərilməsi məsələsinin gündəmdə olmadığını bildirmişdi.

Bundan əvvəl Almaniya və bir sıra Avropa ölkələrinin atəşkəs razılaşması imzalandıqdan sonra təhlükəsizliyin təmin olunması üçün Ukraynaya qoşun göndərəcəklərini açıqlanmışdılar.

Xatırladaq ki, ABŞ, Fransa və Çin rəsmiləri də ölkələrinin Ukraynaya qoşun göndərmək niyyətində olmadığını açıqlayıblar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
46
olaylar.az

1Источники