RU

Qarlı hava günəş panellərinin enerji istehsalına necə təsir edir?

Bakı: Trend:

Bir çox insan düşünür ki, qarlı hava günəş panellərinin enerjiistehsalını tamamilə dayandırır. Ancaq bu, heç də belə deyil.Trend qarlıhavada günəş panellərinin necə işlədiyinə Qaradağ Günəş ElektrikStansiyasının nümunəsində nəzər salır.

Belə ki, energetika nazirliyindən verilən məlumata görə, 24fevral tarixində qar yağmasına baxmayaraq stansiya 230 meqavatmaksimal gücə çataraq yüksək məhsuldarlıq göstərib.

Məlumata əsasən, qarsız, ancaq buludlu hava şəraitində keçmiş 19fevral tarixində gün ərzində 224,4 meqavat-saat enerji istehsalolunduğu halda, 24 fevral tarixində eyni göstərici demək olar ki1495 meqavat-saata yüksəlib.

"Səbəb isə budur ki, stansiyada panellərin maili yerləşdirilməsivə səthinin sürüşkən olması qarı asanlıqla təmizləyir. Soyuq havaisə panellərin daha səmərəli işləməsinə kömək edir və onlarınperformansını artırır. Müasir günəş panellərinin arxa səthi də#elektrikenerjisi istehsal edir. Yer səthi qarla örtüldüyündən vəağ rəng günəş şüasını maksimum əks etdirdiyindən günəş panellərininəlavə işıq qəbul etməsinə səbəb olur. Beləliklə, açıq səmaşəraitində qarlı havada panellər gözləniləndən daha çox enerjiistehsal edir", - deyə məlumatda vurğulanıb.

Qeyd edək ki, bu ilin yanvar ayında Azərbaycanda günəş enerjisiilə işləyən stansiyalar 16 milyon kVt-saat elektrik enerjisiistehsal edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 13,1 milyonkVt-saat və ya 5,5 dəfə çoxdur.

Ümumilikdə, ölkədə elektrik enerjisi, qaz və buxar istehsalı,bölüşdürülməsi və təchizatı sektorunda 2025-сi ilin yanvar ayında342,9 milyon manat dəyərində məhsul istehsal olunub və xidmətlərgöstərilib.

Hesabat dövründə su təchizatı, tullantıların təmizlənməsi vəemalı sektorunda istehsal edilmiş məhsulların həcmi 45,8 milyonmanat təşkil edib.

Избранный
179
2
az.trend.az

6Источники