RU

Bakıda Azərbaycan Endouroloji Cəmiyyətinin II Konqresi keçirilib

Bakıda Azərbaycan Endouroloji Cəmiyyətinin II Konqresi keçirilib.

“İki sahil” xəbər verir ki, Azərbaycan Tibb Universitetinin (ATU) Urologiya Kafedrasının 50 illik yubileyinə həsr olunan konqresdə yerli və xarici aparıcı mütəxəssislər iştirak edib.

Açılış mərasimində çıxış edən səhiyyə naziri Teymur Musayev ölkədə urologiya sahəsində əldə olunan nailiyyətlərdən və bu sahənin inkişaf perspektivlərindən bəhs edib.

ATU-nun rektoru Gəray Gəraybəyli isə Urologiya Kafedrasının fəaliyyətini və elmə verdiyi töhfələri vurğulayıb.

Tədbirdə çıxış edən akademik Südeyif İmamverdiyev Urologiya Kafedrasının 50 illik tarixinə nəzər salaraq kafedranın keçdiyi inkişaf yolundan və bu sahədə yetişmiş tanınmış mütəxəssislərdən bəhs edib.

Azərbaycan Endouroloji Cəmiyyətinin sədri Rauf Nağıyev də ölkədə endourologiyanın inkişafı və cəmiyyətin bu sahəyə verdiyi töhfələr barədə ətraflı məlumat verib.

Tədbirdə dünyanın nüfuzlu urologiya mütəxəssisləri, o cümlədən professor Ateş Kadıoğlu (Türkiyə), professor Thomas Knoll (Almaniya), professor Bhaskar Somani (Böyük Britaniya), professor Athanasios Papatsoris (Yunanıstan) və digər tanınmış alimlər iştirak edərək müasir endourologiyanın aktual məsələləri ilə bağlı məruzələr təqdim ediblər.

Konqres çərçivəsində urologiya sahəsində ən son elmi yeniliklər müzakirə olunub, təcrübə mübadiləsi aparılıb və multidisiplinar əməkdaşlıq imkanları dəyərləndirilib.

Qeyd edək ki, tədbir Azərbaycan Endouroloji Cəmiyyətinin təşkilatçılığı ilə həyata keçirilib.

Избранный
1
3
ikisahil.az

4Источники