RU

Zelenskini "zəhərli fiqur" adlandırıb, Trampa tərif yağdırdı - Putindən şok mesaj

Vladimir Zelenski Rusiya ilə danışıqlara qadağa qoymaqla özünü ümidsiz vəziyyətə salıb.

Hurriyyet.az xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin "Rossiya 1" telekanalında Pavel Zarubinə müsahibəsində deyib.

"O, Rusiya Federasiyası ilə sülh müqaviləsi üzrə danışıqları qadağan edən fərmanla özünü dalana dirəyib və bu danışıqları dayandırıb", - Putin bildirib.

Rusiya lideri, həmçinin Zelenskinin qarşıdan gələn seçkilərdə qalib gəlmək şansının olmadığı fikrini də ifadə edib.

"Onun seçkilərdə qalib gəlmək şansı qətiyyən yoxdur, sıfırdır", - Putin vurğulayıb.

"Zelenski Ukrayna Silahlı Qüvvələri üçün zəhərli fiqura çevrilir. Çünki o, hərbi mülahizələrin deyil, siyasi mülahizələrin diktə etdiyi absurd əmrlər verir. Bu, Ukrayna ordusu üçün böyük, əsassız, fəlakətli itkilərə səbəb olur", - Putin əlavə edib.

O, həmçinin qeyd edib ki, Zelenski “ordunun, cəmiyyətin və dövlətin parçalanması faktorudur”.

Eyni zamanda, Rusiya prezidenti Donald Trampın ABŞ-ın keçmiş prezidentinin əksinə olaraq, Ukraynada vəziyyəti sabitləşdirmək istədiyi fikrini diqqətə çatdırıb: "O, Ukraynada siyasi vəziyyəti yaxşılaşdırmaq, cəmiyyəti konsolidasiya etmək və Ukrayna dövlətinin sağ qalması üçün şərait yaratmaq istəyir".

Publika.az

Избранный
1
1
hurriyyet.az

2Источники