Ukraynanın bərpası üçün 500 milyard avro lazım olacaq.
Sherg.az Nexta-ya istinadən xəbər verir ki, bu sözləri Ukraynanın baş naziri Denis Şmıqal Nazirlər Kabinetinin və Avropa Komissiyasının birgə iclasında deyib: “Ukraynanın bu cür bərpası Avropa üçün “Maqnum Opus”a – qarşıdakı illər üçün əsas vəzifəyə çevrilə bilər”.
Nazirlər Kabinetinin rəhbərinin sözlərinə görə, əsas resurslardan biri Rusiya Federasiyasının dondurulmuş aktivləri olmalıdır. "Bu aktivləri müsadirə etməyin vaxtı gəlib", - o bildirib.