RU

Hələ də qulaqlarımızda səslənir… XOCALI HARAYI....

Bu gecə Xocalının harayı hələ də qulaqlarımızda səslənir… 1992-ci ilin fevralında yaşanan insanlıq dramını unutmayaq, unutturmayaq!Xocalı Faciəsi – Unudulmayan gecə... 1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə Azərbaycan xalqının tarixinə qanla yazıldı. Xocalı şəhəri, erməni silahlı qüvvələri və onlara dəstək verən sovet ordusunun 366-cı motoatıcı alayı tərəfindən mühasirəyə alınaraq yerlə-yeksan edildi... Bu, sadəcə bir şəhərin işğalı deyildi – bu, mülki əhalinin kütləvi şəkildə qətlə yetirildiyi bir soyqırımı idi.Həmin gecə,613 günahsız insan – qadın, uşaq, yaşlı demədən amansızcasına öldürüldü;487 nəfər ağır yaralandı;1,275 nəfər əsir götürüldü;150 nəfər isə itkin düşdü. İnsanlar diri-diri yandırıldı, gözləri oyuldu, başları kəsildi. Bütün bunlar XX əsrin sonunda dünyanın gözü qarşısında baş verirdi.Xocalı faciəsi təkcə Azərbaycan xalqına qarşı törədilmiş vəhşilik deyil, bu, insanlığa qarşı ən ağır cinayətlərdən biridir. Lakin bu qətliamın günahkarları hələ də öz cəzalarını almayıblar.Xocalı təkcə ağrı deyil, həm də bir simvoldur – xalqımızın əzmini, mübarizəsini, haqqın gec-tez öz yerini tapacağına olan inamını ifadə edən bir simvol. Bu faciəni unutmaq mümkün deyil, çünki unutmaq – onu təkrarlamaq deməkdir.Hər il 26 fevralda biz Xocalıda şəhid olanları yad edir, onların qisasının ədalət yolu ilə alınacağına inanırıq. Qanlı gecənin ağrısı qəlbimizdə qalacaq, lakin Xocalı Azərbaycan tarixində təkcə hüznlə deyil, həm də birliyin və gücün rəmzi kimi qalacaq.Xocalını unutma, unutdurma!Aymirə Ağamirova TehsilForumu.Az 

Избранный
96
tehsilforumu.az

1Источники