RU

Avropa liderləri Londonda müdafiə məsələlərini müzakirə edəcək

London, 26 fevral, AZƏRTAC

Avropa təhlükəsizliyi və Ukrayna məsələlərinin müzakirəsi üçün martın 6-da keçiriləcək xüsusi sammit ərəfəsində Avropa liderləri Londonda toplaşacaq.

AZƏRTAC “Politico”ya istinadla xəbər verir ki, bu barədə Polşa Baş naziri Donald Tusk açıqlama verib.

O bildirib ki, bir qrup Avropa lideri martın 2-də Londona gedəcək və orada birgə müdafiə və təhlükəsizlik planlarını müzakirə edəcək.

D.Tuskun sözlərinə görə, Avropa Komissiyası hazırda müdafiə paketi üzərində işləyir və bu paketin detalları martın 6-da keçiriləcək Avropa İttifaqı liderlərinin xüsusi sammitində açıqlanacaq: “Bu görüşdən öncə, bazar günü biz Britaniyadakı dostlarımız və bir qrup liderlə birlikdə Londonda olacağıq və birgə müdafiə planlarımızı müzakirə edəcəyik”,- deyə o əlavə edib.

 
Aytən Abbaslı

AZƏRTAC-ın xüsusi müxbiri

London

Избранный
73
2
azertag.az

4Источники