RU

TDT-nin Baş katibindən Azərbaycana DƏSTƏK MESAJI

Bu gün biz müasir tarixin ən faciəli və qəddar aktlarından biri olan Xocalı soyqırımının 33-cü ildönümünü qeyd edirik.

OXU24.COM  xəbər verir ki, bunu Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüraliyev “X”dəki hesabında yazıb.

“Günahsız azərbaycanlı qurbanların xatirəsini ehtiramla yad edir, Azərbaycan hökuməti və qardaş xalqı ilə sarsılmaz həmrəyliyimizi təsdiqləyirik”, - TDT-nin rəhbəri vurğulayıb.

O, paylaşımına “Xocalı soyqırımı”, “biz anırıq” “TDT” həşteqlərini də əlavə edib.

Избранный
102
3
oxu24.com

4Источники