Ukraynanın paytaxtı Kiyevdə Xocalı soyqırımının 33-cü ildönümü ərəfəsində faciə qurbanlarının xatirəsinə həsr olunan anım gecəsi keçirilib.
Opertaiv Media xəbər verir ki, Azərbaycanın Ukraynadakı səfirliyinin təşkilatçılığı ilə Kiyevin məşhur “Jovten” kinozalında keçirilən anım gecəsində Ukrayna Ali Radasının deputatları, Xarici İşlər, Ədliyyə nazirliyinin əməkdaşları, bu ölkədə akkreditə olunmuş səfir, diplomatlar, Krım Tatarları İcmasının rəhbərliyi, həmçinin ukraynalı tarixçilər, alimlər, ali təhsil ocaqlarının müəllim, tələbə heyəti, Azərbaycanın diaspor fəalları və yerli media nümayəndələri iştirak ediblər.
Anım gecəsində Xocalı soyqırımından bəhs edən “Sonsuz dəhliz” sənədli filminin nümayişindən əvvəl faciə qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.