Bakı. Trend:
Fevralın 25-də ölkə ərazisində qeydə alınan 40, əvvəlkidövrlərdən bağlı qalan 7 cinayətin açılması polis əməkdaşlarıtərəfindən təmin olunub.
Trend xəbərverir ki, bu barədə DİN-in Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 94, o cümlədənborclu şəxs qismində axtarışda olan 68 nəfər saxlanılaraq aidiyyətiüzrə təhvil verilib.
Narkotiklərlə əlaqəli 20, qanunsuz saxlanılan silah-sursatıngötürülməsi və aşkarlanması ilə bağlı 15 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 42 nəfər saxlanılıb.