RU

Gələn ilin sonuna qədər Ağdama 20 min əhali köçürüləcək

2026-ci ilin sonuna qədər Ağdama 20 min əhali köçürüləcək.

Yenisabah.az xəbər verir ki, bunu Ağdam, Füzuli və Xocavənd rayonlarında Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, işğaldan azad olunmuş ərazilərdə layihələndirilmə işləri yekunlaşır, gələn ilin sonuna qədər dövlət proqramına daxil olan layihələr başa çatacaq:

“Bu il Ağdam şəhərinə və ətrafında üç kəndinə on minə yaxın əhali köçürülməsi nəzərdə tutulub. 2026-ci ilin sonuna qədər isə 20 min əhalinin köçürülməsi nəzərdə tutulub”.


Telegram kanalımız
Избранный
44
15
yenisabah.az

10Источники