Bakı, TurkicWorld
2025-ci ilin yanvar ayında Türkiyədə Türkmənistan kapitalı ilə 10 şirkət qeydiyyata alınıb ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 6 şirkət azdır.
Bu barədə TurkicWorld -ə Türkiyə Ticarət və Sənaye Palatasından (TOBB) məlumat verilib.
“Hesabat dövründə Türkiyədə qeydiyyata alınan Türkmənistan şirkətlərinin məcmu kapitalı 7 milyon 100 min türk lirəsi olduğu halda, 2024-cü ilin eyni dövründə bu rəqəm 1 milyon 150 min türk lirəsi təşkil edib”, – deyə TOBB-dan bildirilib.
Qurumdan o da qeyd olunub ki, 2025-ci ilin yanvar ayında Türkmənistan şirkətlərinin əksəriyyəti İstanbulda (9) qeydiyyata alınıb.
“İstanbulda qeydiyyatdan keçən Türkmənistan şirkətlərinin ümumi kapitalı 6 milyon 100 min türk lirəsi təşkil edib”, – deyə TOBB-dan qeyd edilib.
Məlumata əsasən, 2025-cü ilin yanvar ayında Türkiyədə Türkmənistan kapitalı ilə 4 ticarət şirkəti qeydiyyata alınıb. Qalan şirkətlər iqtisadiyyatın digər sahələrini əhatə edir.