RU

Səhiyyə Nazirliyinin rəhbərliyi Xocalı soyqırımı qurbanlarının xatirəsini ehtiramla yad edib (FOTO)

Bakı. Trend:

Müasir tariximizin ən dəhşətli faciələrindən biri olan Xocalısoyqırımının 33-cü ildönümüdür.
Bununla əlaqədar bu gün Səhiyyə Nazirliyinin rəhbərliyi Xətairayonunda faciə qurbanlarının xatirəsinə ucaldılan “Ana harayı”abidəsini ziyarət edərək, abidə önünə gül dəstələri qoyublar, faciəqurbanlarının xatirəsini ehtiramla yad ediblər.

Trend xəbərverir ki, bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Azərbaycan xalqı Xocalı soyqırımını heç vaxtunutmur və unutmayacaq.

Xocalı soyqırımının dünya ictimaiyyətinə çatdırılması hər zamanPrezident İlham Əliyevin fəaliyyətinin mühüm istiqamətlərisırasındadır. Bu dəhşətli soyqırımının dünyada tanıdılmasındaAzərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondununprezidenti Mehriban Əliyevanın da müstəsna xidmətləri var.Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Xocalıyadəfələrlə səfərlər edərək, yenidənqurma işləri ilə tanış olub,rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb. Belə ki, ötən ilfevralın 26-da dövlət başçısı Xocalı şəhərində Xocalı SoyqırımıMemorialının təməlini qoyub. Həmçinin, Azərbaycan Prezidenti builin fevralın 19-da Xocalı rayonunun Ballıca kəndində fərdi evlərinvə infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub,kəndə köçən bir qrup sakinlə görüşüb.

Qeyd edək ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə ermənisilahlı birləşmələri Xocalı şəhərinə hücum edərək dinc əhaliyəvəhşicəsinə divan tutublar. Şəhərin 613 sakini, o cümlədən 106qadın, 63 uşaq, 70 qoca xüsusi amansızlıqla qətlə yetirildi, 1275dinc sakin əsir götürüldü, 150 nəfərin taleyi isə hələ də məlumdeyil. Bu soyqırımı aktı nəticəsində 8 ailə tamamilə məhv edildi,25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən biriniitirdi.

Səhiyyə
Səhiyyə
Избранный
10
2
az.trend.az

3Источники