RU

Təhsil müəssisələrində Xocalı qurbanlarının xatirəsi yad edilib

Bakı, 26 fevral, AZƏRTAC

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrində Xocalı soyqırımının 33-cü ildönümünə həsr edilən tədbirlər keçirilib.

Təhsil idarəsindən AZƏRTAC-a bildirilib ki, tədbirlər Dövlət Himninin səsləndirilməsi və Vətən müharibəsi şəhidlərinin, Xocalı qurbanlarının əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və ilə başlayıb.

Tədbirlərdə məktəblilərə XX əsrin ən dəhşətli hadisələrindən olan Xocalı soyqırımı haqqında məlumat verilib, Xocalı faciəsinin Azərbaycanın ictimai-siyasi fikir tarixində əsas yerlərdən birini tutduğu, onun dünyaya tanıdılması işinin dövlətimizin daim diqqət mərkəzində olduğu bildirilib.

Vətən müharibəsi və lokal antiterror tədbirləri nəticəsində Azərbaycanın ərazi bütövlüyünün və ölkəmizin suverenliyinin tam bərpa edilməsi, Xocalı sakinlərinin artıq öz evlərinə dönməsi, Qarabağda gedən yenidənqurma işlərinin sürətlə davam etdirilməsi şagirdlərin nəzərinə çatdırılıb.

Həmçinin Xocalı qurbanlarının xatirəsinin daim uca tutulması və bu qanlı hadisənin beynəlxalq aləmdə tanıdılmasına gənc nəslin töhfə verməsinin vacibliyi vurğulanıb.

Qeyd edək ki, təhsil müəssisələrində Xocalı soyqırımına həsr olunan xüsusi dərslər, ədəbi-bədii kompozisiyalar, şagirdlərin əl işlərindən ibarət rəsm sərgiləri keçirilib, sənədli və bədii filmlər nümayiş olunub. Bundan əlavə, təhsil müəssisələrinin müəllim və şagird kollektivi Xocalı şəhidlərinin xatirəsinə ucaldılmış “Ana harayı” abidəsini və Azərbaycan Respublikasının Hərbi Prokurorluğundakı Memorial Soyqırımı Muzeyini ziyarət ediblər.

 

Избранный
23
33
azertag.az

10Источники