Sosial şəbəkələrdə 1931 və 1936-cı illərə aid maraqlı sənədlər yayılıb.
Səbədləri jurnalist və medai üzrə ekspert Azər Həsrət sosial şəbəkə hesabında paylaşıb. Sənədlər Xaçmaz rayonunun Dədəli kəndindəki ailə arxivindəndir:
“Biri 20 noyabr 1936-cı ilə aid məktəb dərs cədvəlidir. İkincisi isə bibimin adına gəlmiş 1931-ci il fevralın 7-nə təyin edilmiş seçkiyə çağırışdır. Dərs cədvəlində altından qırmızı xətt çəkdiyim fənlərin adına baxın: türk dili və türk ədəbiyyatı. Seçkiyə çağırış vərəqəsində isə bibimin milliyyətini göstərən qrafanın altından xətt çəkmişəm: türk. Bizim bir millət olaraq türklüyümüz və dilimizin də məhz türk dili olmasını sübut etmək üçün uzağa deyil, cəmisi 89 il öncəyə getmək də yetərlidir.
Ümumiyyətlə isə biz niyə kiməsə türk milləti olduğumuzu sübut etməliyik ki?
Azərbaycan bir türk dövlətidir, ana dilimiz türkcədir, titul millət də türkdür. Kiminsə buna şübhəsi varsa, özünə diqqətlə baxsın, başqalarının milli kimliyini müzakirə belə etməsin. Əminəm ki, bir çox evlərdəki arxivlərdə bizim evdəki kimi belə sənədlər N qədərdir”.