RU

Elmar Məmmədyarovdan Tofiq Zülfüqarova cavab: “...arxasında kimlərin durduğunu bilirəm”

Sabiq xarici işlər naziri Tofiq Zülfüqarov sosial şəbəkə hesabında etdiyi paylaşımda keçmiş xələfi Elmar Məmmədyarova söz atıb.

Tofiq Zülfüqarov bu atamaca ilə Elmar Məmmədyarovun bir müddət öncə Bakıda fəaliyyəti dayandırılan “Rus evi” ilə əməkdaşlıq etdiyinə işarə vurub. 

"Cebheinfo.az" xəbər verir ki, Modern.az Tofiq Zülfüqarovun atmacası ilə əlaqədar sabiq Elmar Məmmədyarovla əlaqə saxlayıb.

Saytımıza açıqlamasında eks-nazir bildirib ki, kim nə istəyirsə, danışsın:

E.Məmmədyarov ona qarşı iddia edilən "rus casusu" ittihamı ilə bağlı isə bunları deyib:

“Prinsipcə mənim əleyhimə bu iddiaların arxasında kimlərin durduğunu bilirəm. Ancaq bu haqda açıqlama vermək istəmirəm. Yenə deyirəm, 5 ildir mən hakimiyyətdə deyiləm, amma yenə kiminsə qarınağrısı var. Kimlərdisə, onlar həmişə məni yadlarında saxlayırlar”.

"Cebheinfo.az"

Избранный
67
12
cebheinfo.az

10Источники