"Expressbank" rəhbərliyi Xocalı qurbanlarının xatirəsinə həsr olunan “Ana harayı” abidəsini ziyarət edib.
"Unikal" xəbər evrir ki, rəhbər heyət tərəfindən abidə önünə əklil və güllər qoyulub.
Xocalı Soyqırımı – sadəcə Azərbaycanın deyil, bütün bəşəriyyətin tarixinə həkk olunmuş cinayət hadisəsidir.
Azərbaycan xalqı bəlalı keçmişini köksünə həkk edərək gələcək zəfərlərinə əmin addımlarla irəliləyir.
Bu gün Vətənimizin hər qarışında suverenlik əldə etmiş müzəffər xalq olaraq Xocalı qurbanlarının əziz xatirəsini dərin hüznlə yad edirik