RU

Xocalı soyqırımı bəşəriyyətə və insanlığa qarşı yönəlmiş cinayətdir

Bu gün İmişli Rayon Ağsaqqallar Şurasının üzvləri Xocalı soyqırımı hadisəsinin 33- cü il dönümü ilə əlaqəda rayonun Şəhidlər Xiyabanında olmuş, şəhidlərimizin əziz xatirəsini yad etmişlər.

Azərbaycan xalqının qan yaddaşına çevrilmiş Xocalı hadisələrindən 33 il ötür. 1992-ci il fevralın 26-da baş verən faciəli hadisələr erməni faşistlərinin xalqımıza qarşı törətdiyi amansız cinayət idi. Həmin gün çoxlu sayda dinc əhalinin xüsusi qəddarlıqla qətlə yetirilməsi Azərbaycan tarixində qanla yazılmış bir səhifədir. Amansız cinayətə rəvac vermiş ermənilər dünyanın ən əzazil, qəddar və qaniçən milləti olduqlarını, terroru dövlət siyasətinə çevirdiklərini bir daha təsdiq etmişlər. Xocalı soyqırımı bəşəriyyətə və insanlığa qarşı yönəlmiş cinayətdir.

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə düşmən tapdağında olan bütün torpaqlarımız azad edilib. Bu gün 44 günlük Vətən Müharibəsi sayəsində Xocalı şəhidlərinin ruhu şaddır. İgid oğullarımız qazandığları zəfərlə yalnız həmin gün vəhşicəsinə öldürülmüş bacı və qardaşlarımızın deyil, bütün xalqımızın intiqamını aldılar. Azad edilmiş bütün torpaqlarımızda böyük quruculuq və abadlıq işləri gedir, əhali öz doğma yurdunda məskunlaşır.

Allah bütün şəhidlərimizə rəhmət etsin!

Избранный
32
yeniazerbaycan.com

1Источники