RU

Daimi Nümayəndəlik Xocalı soyqırımının ildönümü ilə bağlı BMT Baş katibinə məktub ünvanlayıb

Bakı. Trend:

Azərbaycan Respublikasının BMT yanında Daimi NümayəndəliyiXocalı soyqırımının 33-cü ildönümü ilə bağlı BMT Baş katibinəməktub ünvanlayıb.

Trend-inməlumatına görə, məktubda 33 il əvvəl Ermənistanın Azərbaycanaqarşı təcavüzü nəticəsində ən böyük soyqırımının törədildiyi, birgecədə Xocalı şəhərinin işğal edilərək, 613 dinc sakinin, ocümlədən 106 qadın, 63 uşaq və 70 qocanın qətlə yetirildiyibildirilib.

Qeyd olunub ki, həmin gün daha min Xocalı sakini yaralanıb, 1275nəfər girov götürülüb, 150 nəfər isə itkin düşüb.

Məktubda vurğulanıb ki, bir sıra beynəlxalq təşkilatlar, milliparlamentlər, tanınmış beynəlxalq hüquqşünaslar, xaricijurnalistlər, insan haqları müdafiəçiləri və beynəlxalqqeyri-hökumət təşkilatları Xocalıdakı qətliamı soyqırımı aktı və yainsanlığa qarşı cinayət kimi pisləyiblər.

“Təcavüzün səbəb və nəticələrinin ümumi qiymətləndirilməsi vəmövcud sübutlar aydın göstərir ki, Xocalıda törədilmiş cinayətlərtək-tək və ya təsadüfi deyil, geniş və sistemli şəkildə etnik vədini nifrət və dözümsüzlük zəminində törədilən vəhşilik siyasətinintərkib hissəsidir. Bundan başqa, hərbi məqsədlərə nail olmaq üçüntəcavüzkar tərəfindən Azərbaycanın dinc əhalisinin qanunsuz şəkildəhədəfə alınması, girovların götürülməsi və saxlanması, əsirlərə vəmülki məhbuslara qarşı pis rəftar və onların qısa müddətdə edamedilməsi, etnik təmizləmə, Azərbaycanın yaşayış məntəqələriningeniş şəkildə dağıdılması, dinc əhaliyə divan tutulması, mədəni vədini irsin məhv edilməsi kimi qadağan olunmuş müharibə üsulları vəvasitələrindən istifadə edilib”, - deyə məktubda bildirilib.

Həmçinin Azərbaycanın 2020-ci ilin dördüncü rübündə və 2023-cüilin sentyabrında həyata keçirdiyi əks-hücum əməliyyatı və lokalantiterror tədbirlərindən bəhs edilib, bunun nəticəsində Azərbaycanərazilərinin qanunsuz işğalına son qoyulduğu, ölkəmizinsuverenliyinin və ərazi bütövlüyünün bərpasının təmin edildiyidiqqətə çatdırılıb. Qeyd olunub ki, 2020-ci ilin noyabrındamünaqişə başa çatdıqdan sonra həmin ərazilərdə, o cümlədən Xocalıda600-dən çox insanın cəsədlərinin olduğu 18 kütləvi məzarlıq aşkaredilib.

“Hüquqi aspektə gəlincə, dövlətlərin ən ağır cinayətləritörədənləri cəzalandırmaq öhdəliyi müvafiq beynəlxalq sənədlərdə, ocümlədən Baş Assambleya və Təhlükəsizlik Şurası tərəfindəndəfələrlə təsdiqlənib. Azərbaycan milli qanunvericiliyinə vəbeynəlxalq öhdəliklərinə tam uyğun olaraq, beynəlxalq humanitarhüququn və insan hüquqlarının ciddi pozuntularını araşdırmaq vəmühakimə etmək üçün qətiyyətli addımlar atıb. Bununla belə,cinayətkarların əksəriyyəti Ermənistanda və digər ölkələrdətəhlükəsiz sığınacaq taparaq, cəzasız qalmağa davam edirlər.

Onların törətdiyi cinayətlərin inkar edilməsi və məlumatsızlıq,o cümlədən müxtəlif siyasi üsullarla, kütləvi informasiyavasitələrində, parlamentlərdə və beynəlxalq qurumlarda qarayaxmakampaniyaları ilə Azərbaycana mane olmaq cəhdləri beynəlxalq hüquqavə qanunun aliliyinə açıq-aşkar hörmətsizlik təşkil edir, regiondadavamlı sülhün təmin olunmasına təhlükə yaradır.

Ciddi qanun pozuntularına görə məsuliyyətə cəlb etmək vacibdirvə qaçınılmaz olmalıdır. Azərbaycan öz xalqına qarşı törədilmişvəhşilikləri heç vaxt unutmayacaq və ədalətin təmin edilməsi, ocümlədən regionda sülhün və sabitliyin qurulması, davamlılığı vəmöhkəmləndirilməsi istiqamətində səylərini davam etdirəcək”,- deyəməktubda bildirilib.

Избранный
16
14
az.trend.az

10Источники