Xəbər verdiyimiz kimi Bakıda daha iki nəfər texniki spirtdən zəhərlənərək ölüb.
Bizim.Media xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) bununla bağlı məlumat yayıb:
“Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə fevralın 24-də saat 10-da Sabunçu rayonu, Məmmədyarov 28 ünvanından huşun itməsi səbəbilə, fevralın 25-də saat 22:30-da isə Nizami rayonu, R.Rüstəmov 56 ünvanından qusma səbəbilə çağırış daxil olub”.
Bildirilib ki, hər iki çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub:
"Təcili tibbi yardım briqadası tərəfindən Sabunçu rayonu Məmmədyarov 28 ünvanında 44 yaşlı şəxsin (kişi cinsli), Nizami rayonu R.Rüstəmov ünvanında 53 yaşlı şəxsin (kişi cinsli) həkiməqədər ölüm faktı qeydə alınıb".
Bizim.Media
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта