RU

Dərhal və sərt cavab verəcəyik! - Aİ Trampı hədələdi

Avropa İttifaqı ABŞ Prezidenti Donald Trampın Avropa mallarına 25 faizlik gömrük rüsumunun tətbiqi planlarına dərhal və sərt cavab vermək niyyətindədir.

Publika.az xəbər verir ki, bu barədə Avropa Komissiyasından (AK) bildirilib.

Komissiya Trampın “Aİ ABŞ-ı istismar etmək üçün yaradılıb” iddialarını rədd edib.

“AK istənilən proteksionist tədbirlərə qətiyyətlə cavab verəcək. Avropa İttifaqı dünyanın ən böyük bazarıdır və bu, Amerika şirkətləri üçün strateji üstünlük olaraq qalır”, - Brüssel vurğulayıb.

Qeyd edək ki, fevralın 26-da Tramp ABŞ-ın avtomobillər də daxil olmaqla, Avropa İttifaqından gələn mallara 25% rüsum tətbiq edəcəyini açıqlamışdı.

Избранный
70
50
publika.az

10Источники