Xarici agent olmaqda təqsirləndirilən bloger İlya Varlamovun bank hesabları dondurulub.
Demokratikmusavat.comPublika.az-a istinadən xəbər verir ki, bu barədə məhkəmənin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, Moskvanın Meşçanski Rayon Məhkəməsinin qərarı ilə müstəntiqin İlya Aleksandroviç Varlamova məxsus hesablardakı vəsaitlərə həbs qoyulması barədə vəsatəti təmin edilib. Blogerin hesablarında dondurulmuş məbləğin miqdarı isə açıqlanmayıb.
Xatırladaq ki, İlya Varlamov 2023-cü ilin martında Rusiyada xarici agent kimi tanınıb. Ədliyyə Nazirliyi onun xaricdən maliyyə vəsaiti aldığını, hökumət qərarları və siyasəti ilə bağlı saxta məlumatlar yaydığını bəyan edib.