RU

Qadın basketbolçuların seriyasının üç mərhələsi Azərbaycanda

Basketbolun 3x3 növü üzrə Qadın seriyasının 2025-ci il mövsümünün təqvimi açıqlanıb.

İdman.biz xəbər verir ki, Azərbaycan üç mərhələyə ev sahibliyi edəcək.

Mayın 26-27-də keçiriləcək 4-cü mərhələ Bakıda təşkil olunacaq. İyulun 26-27-də 8-ci mərhələ Sumqayıtda baş tutacaq.

Mövsümün 11-ci turniri avqustun 23-24-də Qubada keçiriləcək. Bu raund əvvəl Qəbələdə baş tutan mərhələni əvəz edəcək.

Ümumilikdə isə basketbolçular maydan avqusta qədər ümumilikdə 12 mərhələdə mübarizə aparacaqlar. Həlledici final turniri isə sentyabrda baş tutacaq.

Qeyd edək ki, yarışda iştirak edəcək komandalar hələ dəqiqləşməyib.

İdman.biz

Избранный
66
idman.biz

1Источники