RU

Bakı çempionatı başlayır

28 fevral -1 mart tarixlərində Milli Gimnastika Arenasında “Kişi idman gimnastikası üzrə 30-cu, qadın idman gimnastikası üzrə 9-cu Bakı çempionatı və ölkə birinciliyi” keçiriləcək.

Futbolpress.az xəbər verir ki, bu barədə Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Yarışda həm qadın, həm də kişi idmançılar balacalar (2018-2017), kiçiklər (2016-2015), uşaqlar (2014-2013), yeniyetmələr (2012-2011), gənclər (2010-2009-2008) və böyüklər (2007 və daha böyüklər) yaş kateqoriyaları üzrə mübarizə aparacaqlar.

Избранный
16
3
futbolpress.az

4Источники