RU

Yollar nəzarətdə saxlanılıb, qardan və buzdan təmizlənib - VİDEO

Qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) gücləndirilmiş iş rejimində çalışmağa davam edib.

AAYDA-dən Avtosfer.az-a verilən məlumata görə,  Agentliyə məxsus qar təmizləyən və duz-qum səpən texnikalar, həmçinin canlı qüvvə gecə boyu və səhər saatlarında avtonəqliyyat vasitələrinin hərəkətində problem müşahidə olunan ərazilərə cəlb edilib, hərəkətin təhlükəsizliyi və fasiləsizliyi təmin olunub.

Qeyri-sabit hava şəraitinin davam etməsi ilə əlaqədar yollar nəzarətdə saxlanılır, avtonəqliyyat vasitələrinin təhlükəsiz və fasiləsiz hərəkətinin təmin olunması məqsədilə qabaqlayıcı tədbirlər görülür.

Избранный
32
26
avtosfer.az

10Источники