RU

CNN: İsrail öz qüvvələrini Qəzza və Misir sərhədindən çıxarmaq niyyətində deyil




İsrail Fələstinin Qəzza zolağı ilə Misir arasındakı sərhəddən qoşunlarını çıxarmayacaq. Bu barədə CNN mənbəyə istinadən məlumat yayıb.Onun sözlərinə görə, şənbə günü başa çatan hazırkı atəşkəsin uzadılması halında hərbçilərin martın əvvəlindən qoşunları bölgədən çıxarmağa başlayacağı güman edilirdi.

“Biz Filadelfiya dəhlizindən əl çəkməyəcəyik” deyən mənbə CNN-ə deyib: “Biz HƏMAS qatillərinin yenidən yük maşınlarında və tüfənglə sərhədlərimizdə dolaşmasına icazə verməyəcəyik və onların qaçaqmalçılıq yolu ilə mövqelərini yenidən gücləndirməsinə icazə verməyəcəyik.

aia.az
Tərcümə şöbəsi



Избранный
100
15
aia.az

10Источники